• $
  • €
  • ₽
  • ₺
  • £

Altı ayda sürücülərə qarşı 40 milyon manatlıq cərimələr yazılıb

Altı ayda sürücülərə qarşı 40 milyon manatlıq cərimələr yazılıb
25.08.2016 18:49
Yol-nəqliyyat hadisələrinin sayı 13,4% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayında azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "Report”a verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4%, zərərçəkənlərin sayı isə 16,4% azalıb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri isə həlak olub.

Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş verib, nəticədə 1095 nəfər zərər çəkib, onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 28,1%, yaralananların sayı isə 13,6% azalıb. Bütün yol-nəqliyyat hadisələrinin 42,9%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 20,4%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə, 36,7%-i bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Eyni zamanda, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,9%, 26% və 14,2% azalıb. Yol-nəqliyyat hadisələrinin 43,6%-i gündüz, 37,4%-i gecə, 19%-i isə toran vaxtı baş verib. Hadisələrin 29%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 37 nəfər zərər çəkib. Belə hadisələrin 87%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bu ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6% çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8%-i yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 11,7%-i dayanma və ya durma qaydalarının pozulması, 5%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3%-i yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol