• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ÜTT-dən 1 milyard dollar istədi

Azərbaycan ÜTT-dən 1 milyard dollar istədi
29.05.2020 07:28
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ölkədə kənd təsərrüfatına dəstək məqsədilə 1 milyard dollar ayrılmasını, işğal altında olan torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını təklif edib.

Bunu report-a açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iyul ayında İsveçrənin Cenevrə şəhərində ölkənin ÜTT-yə daxil olması üzrə aparılan danışıqların növbəti mərhələyəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Cenevrədə işçi qrupunun iclasında Azərbaycanın xarici ticarət rejimi müzakirə edilib: 

"Orada artıq bu məsələ, hansı öhdəliklər götürməyimizin zəruri olması və s. ilə bağlı sənədlər hazırlanır. İclas kifayət qədər fəal keçdi, Avropa İttifaqı, ABŞ və digər ölkələr tərəfindən çoxlu suallar oldu. Hələ ki, onlardan yazılı cavab gözləyirik", - deyə M.Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin keçirilməsi müvafiq agentliyin onlara nə vaxt cavab verməsindən asılı olacaq, amma çox güman ki, növbəti danışıqlar gələn ilin birinci yarısından tez keçirilməyəcək.

M.Məmmədquliyev digər ciddi məsələnin kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar olduğunu vurğulayıb:

"Biz onlara yeni, 2013-2015-ci illəri əhatə edən cədvəl təqdim etmişik. Cədvəl üzrə xüsusi müzakirələr olmayıb. Əsas məsələ bizim yerli kənd təsərrüfatına dəstək üzrə təkliflərimizlə bağlıdır. ÜTT-nin sənədlərinə əsasən hesab edirik ki, belə desək, "sarı səbət”dən (amber box) istifadə etmək hüququna malikik.

Hesab edirik ki, ÜDM-in 10%-ni kənd təsərrüfatını maliyyələşdirmək üçün ayıra bilərik. Amma ÜTT bu fikirlə razı deyil, onlar bu göstəricinin təxminən 5% olmasını istəyir.

"Biz indi onlardan ölkədə kənd təsərrüfatı dəstək məqsədilə 1 milyard dollar ayrılmasını, işğal altında olan torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını istəyirik. Hələlik ÜTT 5% verməyə hazır olduqlarını bildiriblər, amma baxacağıq", - deyə nazir müavini bildirib.

M.Məmmədquliyev vurğulayıb ki, iyul ayında ÜTT-nin Cenevrədəki mənzil-qərargahında həmçinin Qazaxıstanla görüş keçirilib və artıq aparılmış danışıqlarla yanaşı, Rusiya və Səudiyyə Ərəbistanı ilə də danışıqlara başlanılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol