• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd Təsərrüfatı Nazirliyi kredit agentliyini məhkəməyə verdi

Kənd Təsərrüfatı Nazirliyi kredit agentliyini məhkəməyə verdi
26.08.2016 12:59
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti "İcraçı Kredit Agentliyi” - bank olmayan kredit təşkilatını məhkəməyə verib.

ANN.Az report-a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, Dövlət Xidməti BOKT-un müflis elan edilməsi və ona əmlak inzibatçısı təyin olunması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib. İşə sentyabrın 7-də baxılacaq.

Xatırladaq ki, KTN aqraq sahədə fəaliyyət göstərən kredit ittifaqlarını maliyyələşdirmək üçün uzun illər "İcraçı Kredit Agentliyi” ilə əməkdaşlıq edib. BOKT-un vasitəçiliyi ilə kredit ittifaqlarına 18 mln. manat vəsait ayrılıb. Amma son vaxtlar ittifaqlara verilmiş borcun geri qaytarılmasında problem yaranıb. Ödənişlərin gecikməsi ucbatından hazırda "İcraçı Kredit Agentliyi”nin dövlətə 5,7 mln. manat borcu yaranıb və bu borcun isə məhkəmə yolu ilə alınması qərar alınıb.

Məsələyə münasibət bildirən BOKT-un İdarə Heyətinin üzvü Samir Cəlilov bildirib ki, təmsil etdiyi qurum KTN-in iddiasını əsassız sayır.

Onun sözlərinə görə, Dövlət Xidmətinə "İcraçı Kredit Agentliyi” deyil, kredit ittifaqları borcludur. BOKT isə bu məsələdə sadəcə vasitəçi olub:

"Bizimlə Dövlət Xidməti arasında agent müqaviləsi imzalanıb. Yəni, o vəsaiti alıb kredit ittifaqlarına vermişik və ödənişləri də gecikdirən onlardır. Dövlətə borcumuz yoxdur. Müflislik məsələsi "İcraçı Kredit Agentliyi”nə şamil edilə bilməz. Yalnız həmin kredit ittifaqları müflis elan edilə bilər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol