• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kreditləşmənin azalma səbəbləri açıqlandı

Azərbaycanda kreditləşmənin azalma səbəbləri açıqlandı
06.09.2016 21:46
"Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanda bağlanan 10 kommersiya bankının ölkədə kreditləşmənin həcminin azalmasına mənfi təsir etdiyini bildirib. 

ANN.Az Report-a istinadən xəbər verir ki, "Moody's” agentliyinin açıqlamasına görə bankların bağlanması prosesi 2016-2017-ci illərdə kreditləşmənin azalmasına gətirib çıxaracaq. 

Kreditləşmənin azalması həmçinin bankların leverec əmsalının təmin olunmasına görə maliyyələşmə ehtiyacı səbəbindən baş tutacaq.

Qeyd edək ki, leverec əmsalı bankların birinci dərəcəli kapitalının balans aktivləri ilə balansdankənar öhdəliklərinə nisbəti kimi ölçülür. Bu da bankların kapitala ehtiyacının artması fonunda kreditləşməni məhdud saxlamasına səbəb olacaq.

Azərbaycan Mərkəzi Bankının (AMB) "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na etdiyi müvafiq dəyişikliklərlə 2015-ci il dekabrın 29-dan etibarən ölkədə fəaliyyət göstərən kommersiya bankları üçün leverec əmsalı 6%-dən 5%-ə endirilib.

Bundan başqa, zəifləyən milli valyuta onsuz da yüksək olan inflyasiyaya mənfi təsir göstərərək onun daha da artmasına, real gəlirlərin və ev təsərrüfatları istehlakının azalmasına səbəb olacaq.

Agentlik yerli valyutanın daha da ucuzlaşacağını ehtimal edir və bunun xarici valyutada olan borcun ÜDM-də xüsusi çəkisinin getdikcə artmasına və avroistiqrazlar üzrə kupon ödəmələrinin dəyərinin yüksəlməsinə səbəb olacağını proqnozlaşdırır. Buna baxmayaraq, Azərbaycanın xarici valyutada neft gəlirləri bu riskləri aradan qaldıra biləcək

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol