Kənan Yavuzdan istefa açıqlaması

"Petkim Petrokimya Holding A.Ş.” keçmiş İdarə Heyətinin üzvü Kənan Yavuz şirkətdən istefa etməsinin səbəblərini açıqlayıb.
Oxu.Az "Bloomberg”ə istinadən xəbər verir ki, K.Yavuz qeyd edib ki, "apreldə "Petkim”dəki operativ vəzifəmdən ayrıldıqdan sonra, İdarə Heyəti üzvi kimi çox faydalı olmadığımı gördüm”.
"Real sektorda əldə etdiyim təcrübə ilə ölkəmə xidmət etməyə davam edəcəm. Sosial layihələrimə daha çox vaxt ayırmaq istəyirəm”.
Qeyd edək ki, Yavuz şirkətin dünən həyata keçirdiyi növbədənkənar ümumi yığıncağından sonra, istefa qərarını İctimaiyyəti Aydınlatma Platformasına yazılı şəkildə bəyan edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























