• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropoliteni vergi qanunvericiliyini pozub - Hesablama Palatası

Bakı Metropoliteni vergi qanunvericiliyini pozub - Hesablama Palatası
08.09.2016 13:27
Vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif məsrəflərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində Bakı metrosu ilə sərnişindaşıma xidmətləri üzrə bir gedişin maya dəyəri maliyyə hesabatlarında artıq göstərilib.

"Report" bu barədə Hesablama Palatası tərəfindən "Bakı Metropoliteni” QSC-də həyata keçirilmiş auditin nəticələrinə əsasən xəbər verir.

"Vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif xərclərin, o cümlədən fəaliyyətin zərərlə nəticələndiyi şəraitdə əmək haqqına aylıq əlavələrdən başqa əməyin səmərəliliyinin artırılmasının stimullaşdırılması xərclərinin və Dövlət Sosial Müdafiə Fonduna ayırmaların, qeyri-kommersiya təyinatlı obyektlərin saxlanması və sair xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində Metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilib. Eyni zamanda, qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verilib, eləcə də subsidiya məbləğlərinin bəyannamələrdə nəzərə alınmaması səbəbindən daha çox ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilib", - deyə auditlə müəyyən edilib.

Audit dövlət büdcəsindən ayrılmış subsidiyalarla birlikdə 2014-cü il üzrə 80,4 mln. manat, 2015-ci il üzrə 90,6 mln. manat, həmçinin cəlb edilmiş kredit resursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 602,0 mln. manat məbləğində vəsaiti əhatə edib.

Metropolitenlə sərnişindaşıma xidmətlərinin göstərilməsindən yaranan zərərin qismən ödənilməsi ilə əlaqədar köçürülmüş 2014-cü ildə 36,0 mln. manat və 2015-ci ildə 38,0 mln. manat subsidiya məbləğləri əmək haqqı və digər sosial təyinatlı xərclərin ödənilməsinə yönəldilib.

Avadanlıqların bir qayda olaraq alındığı ildə deyil, növbəti illər ərzində quraşdırılması, eyni zamanda satınalma müqavilələrinin şərtlərinə əməl olunmaması səbəblərindən yaranmış 652,0 min avro və 2 726,8 min manat məbləğində debitor borcların bağlanması istiqamətində tədbirlərin həyata keçirilməməsi nəticəsində dövlət vəsaitlərindən, eləcə də strukturdaxili maddi-texniki bazadan, yüksək məhsuldarlığı olan müasir tunel qazma komplekslərindən səmərəli istifadə olunmayıb.

Qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı mövcud olmadan 6,0 mln. manat məbləğində vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün "Bank Technique” ASC-yə köçürülüb, müvafiq təyinatlar üzrə isə icra olunmayıb və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi əks etdirilib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol