• $
  • €
  • ₽
  • ₺
  • £

"Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər"

"Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər"
08.09.2016 23:02

"Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər. Çünki indi bizim gözəl imkanlarımız – gözəl otellər, istirahət zonaları, yollar var".

"Report" xəbər verir ki, bu sözləri Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətlə keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Qusar rayonunun böyük turizm potensialı var. Bu barədə mən hələ ilk səfərlərimdə öz fikirlərimi bildirmişdim. Qeyd etmişdim ki, biz Qusarı beynəlxalq turizm mərkəzinə çevrilməliyik - nəinki ölkə miqyasında, beynəlxalq miqyasda. Biz artıq buna nail oluruq. "Şahdağ” Turizm Mərkəzi bu gün dünya miqyasında öz gözəlliyi, rahatlığı, yaradılmış şəraiti ilə fərqlənir", - deyə dövlət başçısı bildirib.

Prezident xatırladıb ki, o, ilk dəfə həmin yerlərdə olanda, orada heç nə yox idi - heç bir infrastruktur, yol, işıq, qaz, su və ora çılpaq dağlardan ibarət idi:

"İndi isə dünya səviyyəli beynəlxalq kurort yaradılıb, 5 otel fəaliyyət göstərir, minlərlə rayon sakini işlə təmin edilib və hər il buraya 10 minlərlə turist gəlir, həm ölkə daxilindən, həm də xaricdən. İnsanlara şərait yaratmışıq. Azərbaycanda, ümumiyyətlə, heç vaxt dağ xizəyi kurortu olmayıb. Biz bunu yaratmışıq və bu gün vəzifə ondan ibarətdir ki, bu kurort zonası yay mövsümündə də tam gücü ilə işləsin. Mənə verilən məlumata görə, bu ilin yayında Qusara gələn turistlərin sayı artıb və əslində bu mərkəz il boyu fəaliyyət göstərməlidir. Çünki Azərbaycana gələnlərin sayı getdikcə artır. Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər. Çünki indi bizim gözəl imkanlarımız – gözəl otellər, istirahət zonaları, yollar var. Biz bu gün Qusar-İmamqulukənd-Quxuroba yolunun açılışını etdik. Bu, sadəcə olaraq, kəndləri birləşdirən layihə deyil. Bu, ümumiyyətlə magistral yola çıxış deməkdir. Bakıya gedən yolun məsafəsi qısalır, Xaçmazla çox gözəl əlaqə yaradılır. Biz bu məsələlərə belə yanaşırıq. İlk növbədə, inkişaf üçün lazım olan infrastruktur layihələrini icra edirik. Şimal zonasında bu layihələrə milyardlarla manat vəsait ayrılıb. Bu layihələrin böyük əksəriyyəti sosial xarakter daşıyır. İçməli su layihəsi sırf sosial məna daşıyan bir layihədir. Bizdə su tarifləri çox aşağı səviyyədədir və oradan gələn gəlirlə qoyulmuş vəsaiti qaytarmaq mümkün deyil. Bəlkə də 50 il lazım olacaq"


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol