• $
  • €
  • ₽
  • ₺
  • £

Valyuta bazarında proseslər necə davam edəcək? - Ekspert şərhi

Valyuta bazarında proseslər necə davam edəcək? - Ekspert şərhi
28.05.2020 19:09
"Dünənki hərraca 300 milyon dolların çıxarılması və bu kontekstdən valyuta bazarında proseslərin necə dəyişəcəyi mənə ən çox verilən suallardandır. Əvvəlla, mən 1 iyul 2016-cı il tarixli facebook statusumda Mərkəzi Banka məhz hərraca 300 milyon dollar çıxarmağı təklif etmişdim. Mərkəzi Bank bunu reallaşdırdı və təklif etdiyim məbləğdə valyutanın hərraca gətirilməsi təmin olundu, amma bunu çox gec etdi. Bu yubanma isə valyuta bazarında ciddi dollar qıtlığı yaratdı".

ANN.Az-ın verdiyi xəbərə görə, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov sosal şəbəkədəki profilində paylaşıb.

Ekspert hesab edir ki, Mərkəzi Bank zamanında təklifləri nəzərə alıb istifadə etsəydi valyuta bazarında son bir aydakı vəziyyət də müşahidə edilməzdi.

V.Bayramov hesab edir ki, kommersiya bankların sifarişi süni tələbdir:

"Banklar sifarişi şişirdirdilər ki, Dövlət Neft Fondunun 50 milyon dollarlıq satışından mümkün qədər çox valyuta cəlb edə bilsinlər. Nəticədə, əvvəlki hərraclarda milyard dollar yaxın tələb ilə çıxış edən banklar dünən cəmi 340 milyon dollar istədilər. Niyə? Çünki öncədən hərraca 50 milyon deyil, 300 milyon dolların gələcəyini bildilər və reala yaxın tələb ilə çıxış etdilər. Halbuki bir neçə gün öncə 700 milyon dollara iddia edirdilər. 50 milyon dollar satılanda 700 milyon dollar istəyən bankların 300 milyon dollar hərraca çıxarılanda sifarişlərini niyə 2 dəfə azaltdılar sualınnı cavabı da budur. Eyni zamanda, kommersiya bankları tələbin ödəniləcəyi halda marjla daha az spekulyasiya edəcələrini də bilirlər. Əvvəlki müsahibələrimdə dediyim kimi, dollar qıtlığının aradan qaldırılması yalnız tələbin ödənilməsi hesabına baş verə bilərdi və əgər tələb ödəniləcəksə o zaman dollar məhdudiyyətsiz satılacaq. Amma mövcud ehtiyatlar hesabına tələb daimi ödənilə bilərmi və eləcə də uzun müddətli dövrdə buna ehtiyac varmı? Təbii ki, ən məqbul yol bazarın özünün yaranan tələbi qarşılamasıdır.

Nəhayət, valyuta bazarında proseslər necə davam edəcək? Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatları var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməlidir. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olacaq. Böyük həcmdə valyutanın isə hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Amma dollara olan tələbin yenidən artacağı gözləniləndir. İdxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Bütün hallarda isə güman edilir ki, Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçəcək və əslində bu da qaçılmazdır. Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə sadəcə qısa müddət qalıb".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol