• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qızıl hasilatının azalması proqnozlaşdırılır

Azərbaycanda qızıl hasilatının azalması proqnozlaşdırılır
14.09.2016 14:02
Britaniyanın "Anglo Asian Mining” şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF-Az) 2016-cı ilin yekunları üzrə Azərbaycanda 69-71 min unsiya qızıl hasilatına ümid edir. Bu barədə şirkətin məlumatında deyilir.

Öncə şirkət 2016-cı ildə Azərbaycanda 73-77 min unsiya qızıl hasil etməyi planlaşdırıb.

"Yeni proqnoza əsasən, 2016-cı ilin yekunları üzrə Azərbaycanda 69-71 min unsiya qızıl səviyyəsində hasilat gözlənilir (2015-ci illə müqayisədə azalma 1,4% - 4,3% - İF-Az). Bu, "Qədir” yatağının inkişafı işlərinin daha gec başlanması və tərkibində qızıl olan filizin emalı üzrə ikinci dəyirmanın istismara verilməsinin gecikdirilməsi ilə əlaqədardır. Bu da iyul və avqust aylarında qızıl istehsalında 2,779 min unsiya azalmaya səbəb olub”, - deyə məlumatda qeyd olunur.

Xəbər verildiyi kimi, 2015-ci ildə şirkət Azərbaycanın yataqlardan 72,032 min unsiya qızıl, 28,626 min unsiya gümüş, 969 ton bürünc hasil edib.
Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% "Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.

"Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayında şirkət "Qoşa” yatağının işlənilməsinə başlayıb. Həmçinin, 2015-ci ilin yayında şirkət "Qədir” yatağında qızıl hasilatına başlayıb. //"İnterfaks-Azərbaycan”

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol