"Mərkəzi Bank pulları mənimsəyir" - EKSPERT

"Mərkəzi Bank manatın uçot dərəcəsini qaldırmaqla pulları mənimsəyir”, – bu sözləri ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Oqtay Haqverdiyev Mərkəzi Bankın uçot dərəcəsini 15 faizədək qaldırılmasına münasibət bildirərkən deyib.

Oqtay Haqverdiyev – İqtisadçı ekspert
ANN.Az xəbər verir ki, Mərkəzi Bankın qərarı ilə bu gündən uçot dərəcəsi 9,5%-dən 15%-dək, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 15%-dən 18%-dək, aşağı həddi 4%-dən 12%-dək artırılıb.
Uçot dərəcəsinin (kəskin şəkildə 9,5 faizdən 15 faizədək) artırılmasını ANN.Az-a şərh edən iqtisadçı ekspert Oqtay Haqverdiyev Mərkəzi Bankın pul kredit siyasətində düzgün addım atmadığı bildirib: "İqtisadi çətinlik olan zaman Mərkəzi Bank elə addım atmalıdır ki, inflyasiya dərinləşməsin, qiymətlər artmasın. Bu bankın əsas funsiyasıdır. Əgər iqtisadi böhran daha da genişlənirsə, demək ki, onlar (Mərkəzi Bank) pis işləyirlər. Ona görə də uçot dərəcəsi günü - gündən artır. Azərbaycanda manatın məzənnəsi valyuta bazarında müəyyən olunmur. Tələb və təklif əsasında müəyyən edilmir. Mərkəzi Bank tərəfindən idarə edilir. Tənzimlənmə o deməkdir ki, nə qərar verirəmsə, o da olmalıdır”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın uçot "stavka"sını artırması heç bir iqtisadi qanuna, əsasnaməyə uyğun deyil: "Konkret olaraq hökumət Mərkəzi Banka deməlidir ki, uçot dərəcəsini hansı əsasla qaldırırsan? Bu suala bankın yeganə cavabı o olacaq ki, biz istəyirik ki, manatın məzənnəsi stabil olsun. Tək arqumentləri bu olacaq. Amma bu əsl səbəb deyil”.
"Mərkəzi Bank uçot dərəcəsini qaldırmaqla pulları mənimsəyir. Yəni kommersiya banklarına kredit verən Mərkəzi Bank kağız üzərində rəsmi rəqəmlər qoysa da, kredit verəndə daha az vəsait verərək daha çoxunu tələb edir. Uçot dərəcəsinin qaldırılması da dolayı yolla pulların mənimsənilməsi deməkdir. Uçot dərəcəsinin artırıldığını görən kommersiya bankları da məcbur qalıb, faizləri artırırlar. Ümumiyyətlə ölkədə 5-6 yaxşı işləyən bank var ki, onlar da krediti xaricdən cəlb edirlər. 8%-lə kredit alıb başları dinc, artıq faiz, "şapka” vermədən işlərini görürlər” – deyə O.Haqverdiyev əlavə edib.
Uçot dərəcəsi sonuncu dəfə bu ilin avqust ayının 8-dən etibarən 7%-dən 9,5%-dək artırılmışdı.
Orxan Aslanlı
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























