• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xaricdən uzunmüddətli kredit cəlb edəcək

Azərbaycan xaricdən uzunmüddətli kredit cəlb edəcək
14.09.2016 18:11
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi məqsədi ilə gələn həftə Seulda (Cənubi Koreya) potensial kreditorla görüş keçiriləcək.
 
"Report" xəbər verir ki, bu barədə Karbamid Zavodunun direktoru Xəyal Cəfərov Sumqayıtda jurnalistlərə bildirib.

Zavod direktorunun sözlərinə görə, görüşdə Azərbaycan Maliyyə Nazirliyi və SOCAR-ın nümayəndələri iştirak edəcəklər: "Maliyyələşmədə Cənubi Koreyanın "Eximbank"ı (KEXİM) ilə yanaşı, 3 nüfuzlu Avropa bankı da iştirak edəcək. Bununla bağlı danışıqlar aparılır. Yaxın vaxtlarda bu bankların adları açıqlanacaq. Son 3-4 aydır ki, danışıqlar fəal şəkildə davam etdirilir. Ümid edirik ki, oktyabr-noyabr aylarında 500 mln. avro həcmində dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi məsələsi tamamlanacaq".

X.Cəfərov qeyd edib ki, cəlb ediləcək vəsaitin 51%-i (251 mln. avro) Koreya "Eximbank"ı tərəfindən təmin ediləcək: "Qalan 49% üçün isə Koreya "Eximbank"ı zəmanət verəcək. Həmin zəmanət əsasında nüfuzlu Avropa banklarından vəsait cəlb ediləcək".

Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol