• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: "Gələn il 200 min tondan çox pambıq istehsal ediləcək"

Prezident: "Gələn il 200 min tondan çox pambıq istehsal ediləcək"
18.09.2016 09:39
Gələn il ölkədə 200 min tondan çox pambıq istehsal ediləcək.

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsində yekun nitqi zamanı bildirib.

"Əgər məhsuldarlıq 20 sentner səviyyəsində olarsa, gələn il üçün daha da böyük istehsal gözlənilir. Gələn il 200 min tondan çox pambıq istehsal ediləcək. Mən heç bir rəqəm səsləndirmək istəmirəm. Heç bir xüsusi göstəriş vermək istəmirəm, onu həyat göstərər. Amma biz bilməliyik ki, pambığın istehsalını hansı ardıcıllıqla artırmalıyıq. Hesab edirəm ki, 2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə, - belə də olmalıdır, - biz 250 min, hətta 300 min ton pambıq istehsal edə bilərik", - deyə prezident əlavə edib.

Onun sözlərinə görə, pambığın məhsuldarlığı ilə bağlı rəqəmlər də artıq hər şeyi özlüyündə göstərir:

"1970-ci ildə hektardan məhsuldarlıq 17 sentner, 1981-ci ildə təxminən 36 sentner idi. Bu gün isə bu, 18,8 sentnerə bərabərdir. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda pambığın payı da çox maraqlı statistikadır. Beləliklə, bu pay 1970-ci ildə 16 faiz təşkil edirdi, 1982-ci ildə 22 faiz, 2015-ci ildə isə 1,2 faiz. Mən deyəndə ki, pambıqçılıq Azərbaycanda batır, bax, bunu nəzərdə tuturam".

İlham Əliyev bildirib ki, "Azərbaycanda 1970-ci ildə 190 min hektar, 1982-ci ildə isə 305 min hektar sahədə pambıq əkilib. Bu, keçən il ən aşağı səviyyəyə düşüb - 18 min 700 hektar. Bu il 52 min hektar əkilib. Gələn il hədəf 128 min hektardır. Əgər biz indiki səviyyəni götürsək, qeyd etdiyim kimi, 128 min hektar torpağın əkilməsi ən azı 250 min ton pambıq deməkdir. Ancaq yenə də deyirəm, biz hədəfi 300 min ton götürməliyik.
Dövlət başçısının məlumatına görə, rayonlar üzrə pambıq əkininin statistikası belədir:

"Bu il ən çox Saatlı rayonunda əkilib - 8 min 100 hektar. Ondan sonra Sabirabad - 6 min 100 hektar. Daha sonra Biləsuvar - 6 min hektar, İmişli - 5 min hektar, Beyləqan - təxminən 4 min hektar, Ağcabədi 3 min 600 hektar, Bərdə 3 min hektar və sair. Beləliklə, 24 rayonda pambıq əkilib.
Gələn ilin hədəfləri isə bundan ibarətdir: Yenə də birinci yerdə Saatlı rayonudur – 17 min hektar. Ondan sonra Sabirabad - 15 min hektar, Biləsuvar - 10 min 500 hektar, Neftçala - 10 min hektar, - bu il cəmi 1500 hektar, yəni, Neftçala rayonunda yəqin ki, ən sürətli artım gözlənilir, - İmişli - 10 min hektar, Beyləqan - 8 min 500 hektar, Bərdə - 8 min 500 hektar, Ağcabədi - 8 min hektar, Salyan - 7 min hektar. Salyan rayonunda ancaq bu il pambıq əkilib - 2180 hektar sahədə. Keçən il əkilməyib. Gələn il 7 min hektarda əkin gözlənilir. Yəni, bu da çox sürətli inkişaf dinamikasıdır. Xüsusilə nəzərə alsaq ki, Salyan rayonunda artıq neçə ildir ki, pambıq, ümumiyyətlə, əkilmirdi. Goranboy rayonunda 5 min hektar, Kürdəmirdə 4 min hektar, Yevlax, Ağdaş, Tərtər, Zərdab, Ağdamda 3 min hektar, Ağsu və Ucarda 2500 hektar, Füzulidə 1500 hektar, Hacıqabulda 1200 hektar, Göyçayda 1000 hektar, Samuxda 500 hektar, Cəlilabadda 500 hektar, Cəbrayılda 60 hektar. Bu statistika bizə hər şeyi göstərir. Həm vəziyyəti, həm də ki bizim hədəflərimizi göstərir. Bir daha demək istəyirəm, əminəm ki, biz istədiyimizə nail olacağıq".

Daha sonra dövlət başçısı indiki dövr üçün vəzifələri açıqlayıb:

"İndiki dövr üçün vəzifələr nədən ibarətdir?! İlk növbədə pambığın yığımı vaxtında və itkisiz təmin edilməlidir. Yerli icra orqanları, mərkəzi icra orqanları, sahibkarlar bu vəzifələri icra etməlidirlər. Artıq burada səsləndi, bu il 100 min tondan çox məhsul gözlənilir. Bu, ən sürətli dinamikadır. Biz pambığın istehsalını 35 min tondan 100 min tona çatdıracağıq. Bir il ərzində biz üç dəfə istehsalı artıracağıq. Nəzərə alsaq ki, biz bu işlərlə bir neçə ay ərzində məşğul olmağa başlamışıq, göstəricilər doğrudan da təsiredicidir. Pambığın qəbul məntəqələrinə və emal zavodlarına daşınması üçün magistral yollarda təhlükəsiz hərəkət təmin edilməlidir. Daxili İşlər Nazirliyi və yerli icra orqanları bu işlərlə ciddi məşğul olmalıdırlar. Yanğından mühafizə tədbirləri görülməlidir. Pambığın tədarükü və emalı dövründə emal zavodları və qəbul məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir. Bu, çox vacib məsələdir və "Azərişıq” şirkəti bu məsələni icra etməlidir".

İlham Əliyev pambığın alış qiymətinə dtoxunaraq, onun 40 qəpikdən 50 qəpiyə qaldırıldığını və bunun çox ciddi artım olduğunu xatırladıb:

"Mən bunu artıq qeyd etdim, pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırıldı. Əlbəttə ki, çox ciddi artımdır. Ancaq baxmaq lazımdır ki, bu işlərlə məşğul olaraq alış qiymətini bir daha qaldıraq. Burada əlbəttə ki, insanların gəlirləri xüsusi diqqət mərkəzində olmalıdır. Eyni zamanda, bu işin iqtisadi səmərəliliyi təmin edilməlidir. Giriş sözümdə qeyd etdiyim kimi, biz kəndliləri stimullaşdırmalıyıq ki, özləri də bu işə geniş şəkildə qoşulsunlar".


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol