• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Neft Fondu xarici fonda 100 milyonluq sərmayə yatıracaq

Azərbaycanın Neft Fondu xarici fonda 100 milyonluq sərmayə yatıracaq
19.09.2016 14:29
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) idarə etdiyi Səhm İştirak Fonduna 100 milyon avro məbləğində sərmayə yatırılması nəzərdə tutulub.
 
Fonddan ANN.Az-a verilən məlumata görə, səhm İştirak Fondu institusional investorlara AYİB-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Cənub-Şərqi Aralıq hövzəsi ölkələri, eləcə də Türkiyə regionundakı birbaşa investisiya portfelində iştirak etməklə maliyyə, sənaye, kənd təsərrüfatı, infrastruktur və enerji sektorlarında uzunmüddətli kapital artımını hədəfləyən yatırımlar həyata keçirmək imkanı yaradır.
 
ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov sözügedən investisiya ilə bağlı şərh verərək bildirib:

"Səhm İştirak Fonduna investisiya bizim investiya portfelinin müxtəlif maliyyə alətləri və coğrafi regionlara diversifikasiyası ilə  bağlı investisiya strategiyamızın davamıdır. Bu innovativ investisiya strukturu həmçinin regionda bu sahədə böyük və uzunmüddətli təcrübəyə malik AYİB ilə əməkdaşlığa imkan verəcəkdir. AYİB-in həyata keçirdiyi investisiyalar bizim də hədəf seçdiyimiz bir sıra uzunmüddətli inkişaf göstəriciləri ilə səciyyələnir və biz inanırıq ki, bu investisiyalar Fonda riskləri nəzərə almaqla yüksək gəlirlilik qazandıracaq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol