• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Akkreditasiya Xidmətinin keyfiyyət üzrə siyasəti və məqsədləri təsdiqləndi

Dövlət Akkreditasiya Xidmətinin keyfiyyət üzrə siyasəti və məqsədləri təsdiqləndi
20.09.2016 12:38
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti (AzDAX) tərəfindən "Keyfiyyət üzrə siyasət” və "Dövlət Akkreditasiya Xidmətinin 2016-2017-ci illər üçün keyfiyyət üzrə məqsədləri” təsdiq olunub.
 
Dövlət Komitəsindən ANN.Az verilən məlumata görə, keyfiyyət üzrə siyasətin əsas məqsədi beynəlxalq tələblərə cavab verən akkreditasiya sistemi vasitəsilə ölkənin iqtisadi inkişafına və dünya bazarına çıxışına yardım etmək. Təsdiq olunmuş sənədə əsasən AzDAX fəaliyyətini İSO/İEC 17011 "Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər" beynəlxalq standartının tələbləri əsasında həyata keçirməyi, sifarişçilər üçün akkreditasiya qaydalarının əlçatanlığını, mülkiyyət formasından və ya müraciət edilən akkreditasiya sahəsindən asılı olmayaraq uyğunluğun qiymətləndirilməsi orqanları üçün akkreditasiya qaydalarının eyniliyini təmin etməyi qarşısına məqsəd qoyub.

AzDAX-ın akkreditasiyasının nəticələrinin beynəlxalq səviyyədə tanınması, Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə (İLAC) qarşılıqlı tanınma haqqında sazişlərə qoşulmaq və beynəlxalq səviyyədə tanınma, həmçinin qərəzsizliyin və tərəfsizliyin təmin edilməsi məqsədi ilə akkreditasiya prosesində iştirak edən bütün maraqlı tərəflərin iştirakını təmin etmək qurumun keyfiyyət üzrə siyasətinə daxil edib.
 
"Dövlət Akkreditasiya Xidmətinin 2016-2017-ci illər üçün keyfiyyət üzrə məqsədləri"nə isə qurumun Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı (İLAC) və Akkreditasiya üzrə Avropa Əməkdaşlıq Təşkilatına (EA) assosiativ üzv olmaq, tərəfsizliyin və qərəzsizliyin təmin edilməsi üçün Akkreditasiya üzrə Məsləhətçi Şuranın yaradılması, qurumun fəaliyyətinin avtomatlaşdırılması, xüsusi proqram təminatının tətbiqi ilə məlumat bazasının yaradılması və s. daxildir.
 
Məlumat üçün bildirək ki, Azərbaycan prezidentin 4 aprel 2012-ci il tarixli 604 nömrəli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti yaradılıb. Dövlət Akkreditasiya Xidməti akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə  laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra  hakimiyyəti orqanıdır.
 
30 may 2014-cü ildə "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanun qəbul edilib. Bu qanun Avropanın və beynəlxalq akkreditasiya təşkilatlarının beynəlxalq səviyyədə razılaşdırılmış standartlarına və müşayiətedici rəhbər sənədlərinə əsasən sınaq, kalibrləmə, sertifikatlaşdırma (məhsullar, idarəetmə sistemləri və personal) və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının qiymətləndirilməsini tənzimləyir. Qanunun məqsədi Azərbaycan Respublikasındakı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən müvafiq sertifikatları vermək, sınaq və inspeksiya hesabatlarının qarşılıqlı tanınmasını təmin etmək, akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq və Azərbaycanın akkreditasiya sistemini Avropa və beynəlxalq akkreditasiya sisteminə uyğunlaşdırmaqdan ibarətdir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol