• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 350 milyonluq layihədə

Azərbaycan 350 milyonluq layihədə
21.09.2016 10:27
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Çin və Azərbaycanla birgə "Equity Participation Fund" adlı investisiya fondu yaradıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, fond yatırılan investisiyaların ümumi həcmi 350 mln. avrodur.
 
Qəzet yazır ki, EBRD fondun maliyyələşdirilməsinin birinci mərhələsini bu həftə başa çatdırıb. Çinin Valyuta İdarəsi fonda 250 mln. avro, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) isə 100 mln. avro yatırıb.
 
Bundan öncə ARDNF-nin yaydığı məlumatda bildirilib ki, fond tərəfindən EBRD-nin idarə etdiyi Səhm İştirak Fonduna 100 mln. avro məbləğində sərmayə yatırılması nəzərdə tutulub. Səhm İştirak Fondu institusional investorlara EBRD-nin Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Cənub-Şərqi Aralıq hövzəsi ölkələri, eləcə də Türkiyə regionundakı birbaşa investisiya portfelində iştirak etməklə maliyyə, sənaye, kənd təsərrüfatı, infrastruktur və enerji sektorlarında uzunmüddətli kapital artımını hədəfləyən yatırımlar həyata keçirmək imkanı yaradır.
 
ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov sözügedən investisiya ilə bağlı şərh verərək bildirib: "Səhm İştirak Fonduna investisiya bizim investiya portfelinin müxtəlif maliyyə alətləri və coğrafi regionlara diversifikasiyası ilə  bağlı investisiya strategiyamızın davamıdır. Bu innovativ investisiya strukturu həmçinin regionda bu sahədə böyük və uzunmüddətli təcrübəyə malik AYİB ilə əməkdaşlığa imkan verəcəkdir. AYİB-in həyata keçirdiyi investisiyalar bizim də hədəf seçdiyimiz bir sıra uzunmüddətli inkişaf göstəriciləri ilə səciyyələnir və biz inanırıq ki, bu investisiyalar Fonda riskləri nəzərə almaqla yüksək gəlirlilik qazandıracaqdır".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol