Gömrük Komitəsi və Caspian European Club əməkdaşlığı canlandırır

Sentyabr 21-də Bakıda "Holiday İnn Baku” hotelində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Caspian European Club-un (Caspian Business Club) biznes-forumu təşkil olunub. Biznes-forum AR Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə keçirilib.
İkisaatlıq biznes-forum zamanı biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, problemlər və onların həlli ilə bağlı təkliflər dinlənilib. Bizneslə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında yaradılmış konstruktiv dialoq zamanı həmçinin birgə işgüzar komitə yaradılıb. Bu komitə Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinin xahiş və təkliflərinə operativ qaydada reaksiya verəcək.
Biznes-forumda www.caspianenergy.org saytında açıq şəkildə keçirilmiş seçkilərdə qalib gələn Caspian European Club-un (Caspian Business Club) İdarə Heyətinin yeni tərkibi elan edilib.
Biznes-forumun yekünunda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Caspian European Club -un (Caspian Business Club) Sədrin birinci müavini və Baş icraçı direktoru Telman Əliyevə "Gömrük əmədaşlığının möhkəmləndirilməsinə görə” döş nişanını təqdim etdi. Telman Əliyev Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyədən 130-dan çox biznesmen, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























