• $
  • €
  • ₽
  • ₺
  • £

Rövnəq Abdullayev: "Yunanıstan rəhbərliyi ilə görüşümüz nəzərdə tutulub"

Rövnəq Abdullayev: "Yunanıstan rəhbərliyi ilə görüşümüz nəzərdə tutulub"
22.09.2016 15:02
"Yaxın vaxtda biz Yunanıstanın rəhbərliyi ilə DESFA-nın özəlləşdirilməsini müzakirə edəcəyik".
 
"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
 
"Tez bir zamanda görüşümüz nəzərdə tutulub. Görüş Yunanıstan rəhbərliyi ilə olacaq. Məsələyə aydınlıq gətirəcəyik. Yəqin ki, bu ayın sonu Yunanıstana gedəcəyəm və biz məsələləri konkretləşdirəcəyik", - deyə SOCAR prezidenti bildirib.
 
Ötən gün "APA-Economics"ə vəziyyətlə yaxından tanış olan mənbə bildirib ki, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsi ilə bağlı müzakirələr aparmaq üçün Yunanıstanın baş naziri Aleksis Tsiprasa rəsmi sorğu göndərib: "Azərbaycan tərəfi Yunanıstanın baş nazirinin administrasiyasına rəsmi sorğu göndərib və hökumət rəhbəri ilə görüşün təşkil olunmasında israrlıdır. Azərbaycan tərəfi görüşdə DESFA-nın özəlləşdirilməsi ilə bağlı yaranan çətinlikləri müzakirə etmək niyyətindədir. Danışıqlarda Azərbaycandan olan nümayəndə heyətinə SOCAR prezidenti Rövnəq Abdullayevin başçılıq etməsi nəzərdə tutulub. Hələlik görüşlə bağlı razılıq əldə olunmayıb. Çünki Aleksis Tsipras BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda işgüzar səfərdədir. Səfər sentyabrın 26-da başa çatır. Bəzi yüksək rütbəli məmurların qeyri-konstruktiv mövqeyini nəzərə alaraq Azərbaycan tərəfi məhz baş nazirlə görüşməkdə israrlıdır və bu görüşün baş tutacağına ümid edir. Azərbaycan tərəfini yalnız bir sual maraqlandırır: Yunanıstan hökuməti bir iri investor olaraq SOCAR-ı ölkəsinin iqtisadiyyatında görmək istəyirmi? SOCAR DESFA-nın özəlləşdirilməsində maraqlıdır və bunu dəfələrlə müxtəlif səviyyələrdə vurğulayıb. Lakin SOCAR tenderin qalibi olandan sonra bəzi şəxslərin qeyr-konstruktiv addımları nəticəsində mühit, şərtlər dəyişdi. Nəticədə DESFA-nın aktivləri ikiqat azaldı. Biz bu dəyişikliklərin ən ali səviyyədə müzakirəsini istəyirik".
 
DESFA Yunanıstanın hökuməti tərəfindən 2005-ci ildə DEPA dövlət korporasiyasının törəmə şirkəti kimi təsis edilib. DEPA qazı topdan alaraq, onu istehlakçılara paylaşdırır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Hellenic Petroleum SA” şirkəti arasında Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb.
 
SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.
 
"SOCAR Energy Greece" şirkətinin baş direktoru Anar Məmmədov bundan öncə bildirib ki, Yunanıstan hökuməti iyul ayında P. Skurletisin təşəbbüsü ilə qanunvericiliyə bir neçə dəyişiklər edib: "Bunun DESFA-nın tariflərinə çox mənfi təsiri olub. Fikrimizcə, DESFA-nın dəyəri 40-50% azalıb. Bu dəyişikliklər olduğu kimi qalsa, yeni şəraitdə, yeni şərtlərlə artıq bu layihə bizim üçün o qədər də maraqlı deyil".
 
SOCAR prezidenti Rövnəq Abdullayev isə bildirib ki, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstan hökumətinin təklifini gözləyir: "Sentyabrın 30-dək Yunanıstan hökumətinin təklifini gözləyirik. Əgər tender proseduruna edilən dəyişikliklər qanuna zidd olarsa, bu, DESFA-nın özəlləşdirilməsini mənasız edəcək. Biz Yunanıstan hökumətindən açıqlama istəmişik, lakin açıqlama hələlik gəlməyib".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol