Vergilər Nazirliyinə yeni səlahiyyət verilir

Vergilər Nazirliyinə yeni səlahiyyət verilir.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudiyyətin götürülməsi barədə vergi orqanları qərar qəbul edəcək.
Hazırda qüvvədə olan maddəyə əsasən isə bu məhdudiyyətin aradan qaldırılması üçün vergi orqanları iki iş günü ərzində məhkəməyə müraciət etməlidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























