Bu “iPhone” 130 dollara satılacaq

Rusiyanın "Roselektronika” holdinqi 2018-ci ildə "iPhone” ilə eyni keyfiyyətdə, daha ucuz smartfon istehsal etmək niyyətindədir.
İKT.lent.az-ın TASS-a istinadən yaydığı xəbərə görə, bu barədə "Roselektronika” Səhmdar Cəmiyyətinin rəhbəri İqor Kozlov açıqlama verib. "2018-ci ildə bizim öz milli "İphone”umuz olacaq, qiyməti də 130 dollara yaxın”, - deyə o, söyləyib.
İ. Kozlov smartfonun dizaynı və texniki xüsusiyyətləri haqda məlumat verməyib.
Qeyd edək ki, "Roselektronika” SC "Rostex” dövlət korporasiyasına daxildir. "Rostex”dən hələlik bu məsələyə dair şərh verməyiblər. "Roselektronika” daha əvvəl də yerli smartfon və planşetlər hazırlamaq niyyətini açıqlamışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























