• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib

SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib
28.05.2020 23:07
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində tikilmiş Tullantıların İdarəedilməsi Mərkəzinin açılış mərasimi keçirilib.

"Report” xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkətin digər rəhbər şəxsləri, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən SOCAR prezidenti bildirib ki, Tullantıların İdarəedilməsi Mərkəzi "BP-Azerbaijan” şirkəti ilə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib və bütövlükdə region üçün strateji əhəmiyyətə malikdir. Onun sözlərinə görə, layihənin dəyəri 60 mln. manatdır. 

R.Abdullayev vurğulayıb ki, Mərkəz neft sənayesi sahəsində qazma zamanı əmələ gələn şlamın regionda dünya standartlarına uyğun emal olunmasını həyata keçirən ilk və yeganə bu tipli müəssisədir: "Mərkəzdə 26 növ digər tullantının utilizasiyası da nəzərdə tutulub. Bundan əlavə, gələcəkdə başqa tullantıların da burada emalı mümkün olacaq”. 

SOCAR rəhbəri burada 100 yeni iş yerinin açıldığını qeyd edib. 

Tullantıların İdarəedilməsi Mərkəzi 40 hektar ərazini əhatə edir və bu rəqəmin 100 hektara qədər artırılması imkanı var. Mərkəzdə qazma şlamını emal etmək məqsədi ilə Almaniyanın "Ekon” şirkətinin istehsalı olan 2 ədəd "Vaku Dray” qurğusu quraşdırılıb. Qurğuda qazma zamanı isifadə olunan qazma məhlulu emal zamanı yenidən istifadəyə tam yararlı şəkildə bərpa olunur. Mərkəzin istehsalat gücü illik 100 min tondur. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol