• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Məmurlar reklam qanununu pozurlar

Deputat: Məmurlar reklam qanununu pozurlar
23.09.2016 17:15
Bəs görəsən, bir yaşını təzəcə qeyd etmiş qanuna belə tez bir zamanda ciddi dəyişikliklər edilməsi hansı zərurətlərdən meydana çıxıb?

Oxu.Az "Reklam haqqında” qanunun müəlliflərindən olan Milli Məclisin İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun məsələ ilə bağlı Modern.az-a müsahibəsini təqdim edir.

Deputat bildirib ki, bu qanuna belə tez bir zamanda ciddi dəyişikliklər edilməsinin əsas günahları Nazirlər Kabinetidir:

"Reklam haqqında” qanun 1 ilə yaxındır ki qəbul olunub. Nazirlər Kabineti bu qanuna uyğun olaraq, reklamla bağlı normativ hüquqi sənəd hazırlamalı və reklama məsul bütün şəxslər, orqanlar dəqiqliklə göstərilməli idi. Amma bu sənədi hazırlamadılar. Ona görə də bu, qanunda yenidən əsaslı dəyişikliklər edilməsi zərurəti yaranıb”.

V.Əhmədov deyib ki, Azərbaycan Reklamçılar İttifaqı bu gün bazara buraxılmır və hər şeydən kənarda saxlanılıb:

"Hələ 1990-cı illərdən fəaliyyət göstərən Azərbaycan Reklamçılar İttifaqı bazara buraxılmır. Bu gün reklam bazarında dövlət və hökumət qurumları, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyəti at oynadır, qanunsuz şəkildə istədiklərini edirlər.

Azərbaycan Reklamçılar İttifaqı bu gün faktiki olaraq QHT olsa da, hər şeydən kənarda qalıb və heç nəyə müdaxilə edə bilmir. Dünya Reklamçılar İttifaqı Azərbaycanda yalnız Azərbaycan Reklamçılar İttifaqını reklam sahəsində ciddi təşkilat kimi qəbul edir və öz işlərini də bu təşkilatla görmək istəyir. Amma çox təəssüf ki, Azərbaycan Reklamçılar İttifaqının ölkədə heç bir yerdə adı yoxdur və qurum bu işlərdə yaxından əməkdaşlığa cəlb olunmur”. 

Millət vəkili vurğulayıb ki, Azərbaycanın reklam bazarında məmurlar istədiklərini diktə edirlər:

"Azərbaycanın reklam sahəsində biabırçılıqlar çoxdur. Açığını deyim ki, reklam sahəsinə aid qanunvericilik olsa da, bu, heç bir formada tənzimlənmir. Reklam sahəsində ciddi şəkildə qanundankənar əməllər var. Milli Məclisin plenar iclasında da reklam məsələsi xüsusi olaraq ciddi şəkildə müzakirə ediləcək.

"Reklam haqqında” qanunda reklama nəzarət mexanizmi aydın şəkildə göstərilib. Dövlət və QHT-lər hansı formada reklama nəzarət etməlidirlərsə, qanunvericilikdə bu, öz əskini tapıb. Amma çox təəssüf ki, bizdə məmurlar özləri buna əməl etmirlər. Bu gün məmurlar öz istədikləri kimi diktə edirlər. Ona görə də "Reklam haqqında” qanun da çox zəif fəaliyyət göstərir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol