Palata təkzib etdi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qurumun Direktorlar Şurasının sədri Rüfət Aslanlının Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhm buraxılışı yolu ilə özəlləşdirməsi barədə təklif irəli sürməsinə dair mətbuatda yayılmış xəbərlərə münasibət bildirib.
Palatadan "Report"a bildirilib ki, bununla bağlı xəbərlər həqiqətə uyğun deyil.
"R.Aslanlının SOCAR-ın istiqrazlarının təqdimat mərasimindəki çıxışı təhrif edilərək yanlış formada ictimaiyyətə təqdim edilib" - deyə MBNP-dən bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























