Vergilər Nazirliyi daha 5 nəfərin ölkədən çıxmasına qadağa qoydu

Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artırılaraq 491-ə çatdırılıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı dəyişməyib və hazırda 328 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 814-dən 819-a çatıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























