• $
  • €
  • ₽
  • ₺
  • £

“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb
27.09.2016 19:00
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun bazasında "Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə (TK 19) yaradılıb. TK 19-un fəaliyyəti beynəlxalq standartlaşdırma orqanı olan İSO/TK 22 "Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyəti ilə uyğunlaşdırılıb.

"Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd nəqliyyat sahəsində təhlükəsizlik, yol infrastrukturu, nəqliyyatın intelektual idarə edilməsi, nəqliyyat vasitələri, avtomobillər, qoşqular, yarımqoşqular, ehtiyyat hissələri, avtomobillər üçün gövdələr, nəqliyyat vasitələrinin hissələri və detalları və sair fəaliyyət istiqamətləri üzrə milli standartların hazırlanması, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili, beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

"Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitəsinə sədrliyi "Sumqayıt Texnologiyalar Parkı” MMC həyata keçirəcək. TK-nın strukturuna Nəqliyyat, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, "Azəravtoyol” ASC, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC, Azərbaycan Texniki Universiteti, "NAZ LİFAN” Naxçıvan Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu və s. təşkilatlar daxil edilib.

Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol