Bu rayona 20 min turist gəlib

Balakən rayonuna gələn turistlərin sayı ildən-ilə artır. Əgər 2011-ci ildə rayona cəmi 8974 turist gəlmişdisə, cari ilin ötən 9 ayı ərzində onların sayı 20 minə çatıb.
ANN.Az Fins.Az-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 27-də Balakəndə turizm işçilərinin peşə bayramına həsr olunan tədbirdə məlumat verilib.
Qeyd edək ki, rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni yaradılan Balakən rayonunun dərman bitkilərinə aid sərgi bura gələn turistlərin böyük marağına səbəb olub.
Sərgidə nümayiş etdirilən 102 adda dərman bitkisinin hər biri haqqında ətraflı məlumat toplanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























