AZAL-dan sərnişinlərə ŞAD XƏBƏR

Artıq AZAL Miles bonus proqramının Gold və ya Platinum statuslu bütün iştirakçıları ailəsinin iki üzvü - bir böyük və 16 yaşına çatmayan uşaqla birgə Business Class Lounge gözləmə zallarından istifadə edə biləcəklər.
Qurumun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bunun üçün əvvəlki kimi iştirakçı kartını, həmçinin minik talonunu təqdim etmək lazımdır.
Bu qayda Azərbaycanın hava limanlarında "Azərbaycan Hava Yolları"nın bütün beynəlxalq reyslərinə şamil edilir.
Qeyd edək ki, bundan öncə Business Class Lounge gözləmə zallarına girişdən bilavasitə yalnız Gold/Platinum kartının sahibinin özü yararlana bilərdi.
AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az
AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























