• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC-in qərarı Azərbaycana necə təsir edəcək? - EKSPERT

OPEC-in qərarı Azərbaycana necə təsir edəcək? - EKSPERT
29.09.2016 13:13
"Qlobal neft hasilatının təxminən 40 faizini ödəyən OPEC uzun sürən müzakirələrdən sonra hasilatın gündəlik 32.5-33.0 milyon barel intervalında dondurulması barədə anlaşa bildi. OPEC-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi: "Fevral ayından bəri ilk dəfə olaraq neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səduiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər"".
 
ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov OPEC-ə üzv olan ölkələrin neft hasilatının dondurması qərarını şərh edərkən deyib. 
 

Vüqar Bayramov - iqtisadçı ekspert

Son anlaşma neft bazarına necə təsir göstərəcək? 

Ekspertin fikrincə, bu anlaşma qlobal neft hasilatının azaldılması deyil, istehsalın tənzimlənməsi kimi xarakterizə edilir: "Belə ki, OPEC mövcud hasilatı səviyyəsində məhdudlaşdırma tətbiq edəcək. Təbii ki, bu gələcəkdə hasilatın artırılmasının qarşısının alınması baxımdan OPEC üçün vacibdir. Eyni zamanda bazar iştirakçılarına mesajdır. Bu baxımdan anlaşma artıq bazara təsir göstərib və qiymət artımları müşahidə edilir. Amma sözsüz OPEC-in bazara çıxardığı neftin həcmində azalma yoxdur və bu da gözlənilmir. Çünki dondurulan hasilat mövcud istehsal səviyyəsinə uyğunlaşdırılb. Aydındır ki, OPEC bu anlaşması ilə daha və ya nisbətən yüksək qiymətlərə ümid edir. Amma ən azı, potensial qiymət azalmalarından sığortalamağa çalışır. Amma nə OPEC-də, nə də OPEC-dən kənarda yaxın zamanlarda qiymətin kəskin yüksələcəyinə inananların sayı heç də çox deyil. Sadəcə, indiki məqamda qiymətin arzuolunan səviyyədə stabilləşdirilməsi OPEC üçün əsas hədəfdir".

Qeyri - OPEC ölkələrinin də mövqeyi olduqca vacibdir

İqtisadçının sözlərinə görə, şimal qonuşumuz olan Rusiya sentyabrda hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barel artıraraq 11.1 milyon barelə çatdırıb: "Xəzər qonşumuz Qazaxıstanda isə 50 milyard dollarlıq sərmayə yönəldilən Kaşaqan yatağı artıq istifadəyə verilməkdədir. Neftin 1 barelinin qiyməti 55 dollara çatacağı halda isə ABŞ və Kanadada şist neft hasilatçıları yenidən bazarda aktivləşəcəklər. ABŞ isə hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu isə o deməkdir ki, OPEC-in anlaşması ilə yanaşı təşkilata üzv olmayan ölkələrin də davranışı çox önəmli olacaq. Başqa tərəfdən, bu gün qlobal neft bazarında qeyri-OPEC ölkələrinin payı təşkilat üzvlərinə nisbətən daha çoxdur. Bazara çıxarılan neftin 60 faizi OPEC-ə üzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan, hələlik heç də kəskin qiymət artımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır".

"Azərbaycan üçün stabil neftin qiyməti dövlət gəlirlərinin və eləcə də ölkəyə daxil olan valyutanın həcminin stabilləşməsi baxımdan vacibdir. Gələcəkdə qiymət artımları baş verərsə bu ölkəmizə daha çox neft dollarlarının daxil olmasına imkan verəcək. Amma son 2 ilin təcrübəsi göstərir ki, stabil və ya artan qiymətlər istənilən zaman enişlə müşahidə edilə bilər. Çünki qlobal təklifə və hətta tələbə sadəcə iqtisadi deyil, eyni zamanda siyasi faktorlar da təsir göstərir" - deyə Vüqar Bayramov bildirib. 

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol