• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyi bir sıra normativ hüquqi aktları təsdiq etdi

Vergilər Nazirliyi bir sıra normativ hüquqi aktları təsdiq etdi
03.10.2016 16:22
"2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” prezidentin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin Kollegiyası tərəfindən vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktlar təsdiq edilib.

Vergilər Nazirliyindən ANN.Az-a verilən məlumata görə, təsdiqlənən hüquqi aktlara "Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”,  "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”, "Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları”, "Elektron auditin keçirilməsi Qaydaları”, "Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən əlaqə yaradılaraq vergi ödəyicilərinin məlumatlandırılması (Outbound Call Centre) Qaydaları”, "Təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə risklərin qiymətləndirilməsi Metodologiyası”, "Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları” aiddir.

Bundan başqa, bir sıra elektron xidmətlərin, o cümlədən fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn dayandırılması, eləcə də fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn bərpası üzrə inzibati reqlamentlər yeni redaksiyada təsdiq edilib.

Qəbul edilmiş normativ hüquqi aktlar artıq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Bütün normativ hüquqi sənədlər qanuni qüvvəyə minib, yalnız "Elektron auditin keçirilməsi Qaydaları” 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol