• $
  • €
  • ₽
  • ₺
  • £

OPEK-in hasilatı rekord həddə çata bilər

OPEK-in hasilatı rekord həddə çata bilər
03.10.2016 18:32
Bu ilin sentyabr ayı nəticəsində OPEK ölkələri üzrə neft hasilatının həcmi İraqın ixracı artırması və Liviyada 3 əsas neft terminalının işini bərpa etməsi səbəbindən rekord həddə çata bilər.

"Reuters"in verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının hasilatı azaltması və Əlcəzairdə əldə olunan razılaşmaya baxmayaraq, OPEK hasilatı artırmağa davam edib. Qeyd edək ki, OPEK üzvü olan ölkələr sentyabrın 26-28-də Əlcəzairdə keçirilən qeyri-formal sammitdə neft hasilatının 250-750 min barel/gün azaltmaq qərarına gəliblər.

Agentliyin hesabatına əsasən, sentyabrda OPEK-in orta gündəlik neft hasilatı 33,6 mln. barel təşkil edib ki, bu da avqustun analoji göstəricisindən 0,3% çoxdur. OPEK-in hasilatı artırması, noyabrda Vyanada keçiriləcək və hasilatın azaldılması qərarının rəsmiləşdirilməsi gözlənilən növbəti sammit öncəsi investorlar arasında çaşqınlıq yaradıb.

İsveçin ən böyük banklarından olan "SEB AB"ın əmtəə bazarları üzrə baş analitiki Byarn Şildropa görə, razılaşmanın əldə olunmasına baxmayaraq, qarşıda hər bir ölkənin hasilat kvotalarının müəyyənləşdirilməsi kimi çətin məsələ durur.

"Report"un analitik qrupu daha öncəki təhlillərində olduğu kimi, neft qiymətlərinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır. Noyabrın 30-da keçiriləcək Vyana sammitinə qədər qiymətlərin ancaq ABŞ-dakı prezident seçkilərinin nəticəsindən asılı olaraq bu diapazondan çıxma ehtimalı var.

Gələn il üçün isə neft qiymətlərinin 30-45 dollar/barelə qədər azalacağı gözlənilir. Buna səbəb ABŞ-da artan aktiv neft quyuları sayının şist neft hasilatını artıracağı və neft tələbinin azalacağı amilləri ola bilər. //virtualaz.org/

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol