Daha bir bank müflis elan edildi - Azərbaycanda

Ləğvetmə prosesində olan "Zaminbank” ASC məhkəmə qərarı əsasında müflis elan edilib.
"Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, bank müflis olmazdan əvvəl onun nizamnamə kapitalında 1,7 mln. manatlıq pay sahibi olduğu "Başak İnam Sığorta” ASC-nin digər səhmdarlarına həmin məbləği şirkətin "Zaminbank”dakı hesabında olan eyni məbləğlə əvəzləşdirmək təklif olunub.
"Amma bankın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün onu müflis elan etdirdik və vəziyyət dəyişdi. İndi sığorta şirkəti həmin məbləği bizə məcburi ödəməlidir”, - deyə A.Cavadov qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























