• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığortanın məbləği açıqlandı

İcbari tibbi sığortanın məbləği açıqlandı
05.10.2016 10:38
"Azərbaycanda yaxın vaxtlarda tətbiq olunması gözlənilən icbari tibbi sığortada adambaşına düşən aylıq sığorta haqqı 8-9 manat ətrafında olacaq”. 

Bu barədə Fins.az-a müsahibəsində İcbari Tibbi Sığorta Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov bildirib. 

Onun sözlərinə görə, hazırkı təkliflərdə illik sığorta haqqı 100 manatdan artıq deyil:

"Agentlik sığorta haqqının məbləğini müəyyən edərək Nazirlər Kabinetinə təqdim edib. Bizim təklif etdiyimiz illik icbari tibbi sığorta haqqı 100 manatı ötmür”. 

Şöbə müdiri bildirib ki, əhalinin əmək qabiliyyətli hissəsi, yəni işləyənlər və iş qabiliyyəti olanlar sığorta haqlarını özləri ödəyəcəklər. Digər təbəqələrin (pensiyaçılar, yaşı 18-dək olan uşaqlar və s.) sığorta haqqı dövlət büdcəsindən ödəniləcək. 

İlkin təkliflərə görə, icbari sığortanın əhatə edəcəyi xidmətlərə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. 

Zərfə çox bahalı əməliyyatlar, o cümlədən ölkədə ən çox rast gəlinən ürək əməliyyatları da daxil edilib. Bununla yanaşı, B və C, hepatitlər, onkoloji xəstəliklər, orqan transplantasiyası əməliyyatları ilkin mərhələdə icbari tibbi sığorta paketinə daxil olmayacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol