• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların ən böyük axın etdiyi şəhərlər – SİYAHI

Azərbaycanlıların ən böyük axın etdiyi şəhərlər – SİYAHI
05.10.2016 11:25
Bu ilin sentyabrında Heydər Əliyev Beynəlxalq Hava Limanı 365 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% çoxdur.

Ümumilikdə, 2016-cı ilin ötən doqquz ayı ərzində Bakı hava limanı 2,5 milyon sərnişinə xidmət göstərib. Onlardan 1,5 milyon nəfəri AZAL aviaşirkətinə üstünlük verib. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 13% çoxdur.

Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 11,4 milyon ton yük daşınıb.

"Azərbaycan Hava Yolları”nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə 431 min sərnişin daşınıb ki, bu da ümumi sərnişin dövriyyəsinin 15%-ni təşkil edir.    

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 38,3%-i onların payına düşür. 

2016-ci ildə ən məşhur istiqamətlərin siyahısına, həmçinin Antalya, Tehran və Tbilisi daxil olub. Bu il sərnişinlərin böyük axını İraqın Bağdad, Bəsrə və Ən-Nəcəf şəhərlərindən müşahidə olunub. Onların ümumi sayı təxminən 60 min nəfər təşkil edib.    

2016-cı ildə "Pegasus”, "Iraqi Airways”, "Fly Baghdad”, "ATA Airlines”, "Air Cairo” və "Komaviatrans” aviaşirkətləri Azərbaycana uçuşlara  başlayıb. 

Qış mövsümü üçün uçuş cədvəlinin qüvvəyə minməsi ilə (30 oktyabr) Rusiyanın "Pobeda” lou-kosteri (Rostov-Bakı) və İranın "Mahan Air” aviaşirkəti (Tehran-Bakı) müntəzəm uçuşlara başlayacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol