• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Əhmədov: "Rüfət Aslanlıya təklif göndərmişik, cavab ala bilmirik"

Vahid Əhmədov: "Rüfət Aslanlıya təklif göndərmişik, cavab ala bilmirik"
05.10.2016 16:10
"Bank sektorunun sağlamlaşdırılması çox ciddi prosesdir".
 
"APA-Economics" xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov bildirib.
 
O bank sektorunda baş verənlərlə bağlı həmkarları ilə birlikdə 14 səhifəlik təklifin hazırladıqlarını bildirib: "Bu təkliflər müvafiq şəxslərə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıya göndərilib, amma biz oradan lazımi cavabları ala bilmirik. Təkliflərdə dollarla verilən kreditlərin qaytarılması ilə bağlı mexanizm və sair məsələlər öz əksini tapıb. Hökumətdə bununla bağlı müəyyən fikir ayrılıqları var. Buna görə, hələlik yekun qərar yoxdur".
 
Millət vəkili deyib ki, bank sektorunun indiki durumunun əsas səbəbkarı elə bankların özləridir. "Əsas səbəb bankların düzgün işləməməsidir. Banklarda "şapka", korrupsiya hallarının olması bu durumu yaradıb".
 
Son vaxtlar bir neçə bankın lisenziyasının ləğv olunmasına toxunan millət vəkili bildirib ki, bu cür addımların tərəfdarı deyil: "Mən şəxsən heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışam. Çünki istənilən bankın bağlanması əhali üçün ciddi problemlər yaradır. "Bank Standard" QSC-ni bağladırlar, halbuki, bu bankın əhaliyə 560 mln. manata yaxın borcu var, onun 460 mln. manatı qorunan əmanətlərin payına düşür. Qorunmayan əmanətlər də var axı... "Royal Bank" artıq 1 ildir bağlanıb, amma onunla əlaqədar hələ də şikayətlər daxil olmaqdadır. Ona görə də mən bankların bağlanmasının deyil, konsolidasiyasının tərəfdarıyam".
 
V. Əhmədov onu da qeyd edib ki, təxminən 15-20 bankın bazarda qalması daha məqbuldur. "Söhbət ciddi məcmu kapitala, portfelə, likvidliyə malik olan banklardan gedir", - deyə o əlavə edib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol