• $
  • €
  • ₽
  • ₺
  • £

Bu idarələrdə işləyənlərin maaşlarına 500 manatadək əlavə ediləcək - QƏRAR

Bu idarələrdə işləyənlərin maaşlarına 500 manatadək əlavə ediləcək - QƏRAR
09.10.2016 19:13
Nazirlər Kabineti "Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”i təsdiq edib.
 
Lent.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, milli status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 100 manat,  5-7-ci dərəcələr üçün 180 manat,  8-11-ci dərəcələr  üçün  240 manat, 12-15-ci dərəcələr  üçün 300 manat, 16-17-ci dərəcələr üçün 375 manat, 18-19-cu dərəcələr  üçün  500 manat olacaq.
 
 "Akademik” status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr 70 manat, 5-7-ci dərəcələr üçün  110 manat, 8-11-ci dərəcələr üçün 140 manat, 12-15-ci dərəcələr üçün 200 manat, 16-17-ci dərəcələr üçün  275 manat, 18-19-cu dərəcələr üçün 350 manat müəyyənləşdirilib. "Respublika” statusu almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 40 manat, 5-7-ci dərəcələr  üçün  60 manat, 8-11-ci dərəcələr  üçün  80 manat, 12-15-ci dərəcələr üçün 100 manat, 16-17-ci dərəcələr üçün 130 manat, 18-19-cu dərəcələr  üçün 200 manat olacaq.
 
"Milli”, "Akademik”, "Respublika” statusları almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr "Teatr və teatr fəaliyyəti haqqında” qanununa əsasən aylıq vəzifə maaşlarına əlavələr tətbiq edilən mədəniyyət təsisatlarının işçilərinə şamil edilmir.
 
Yeni əlavələrin müəyyən edilməsi ilə əlaqədar "Milli status almış və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 152 nömrəli qərarı ləğv edilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol