• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu il TANAP üzrə yeni maliyyələşmə müqaviləsi imzalana bilər"

"Bu il TANAP üzrə yeni maliyyələşmə müqaviləsi imzalana bilər"
10.10.2016 18:09
Bu ilin sonu, yaxud gələn ilin birinci rübündə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün maliyyə sövdələşməsi imzalana bilər.
 
"Report”un məlumatına görə, bunu İstanbulda keçirilən XVI Dünya Enerji Konqresində çıxış edən TANAP-ın baş meneceri Saltuk Düzyol deyib.

S.Düzyolun sözlərinə görə, hazırda BOTAŞ, Cənub Qaz Dəhlizi (SGC) şirkətləri ilə birlikdə Dünya Bankı (WB), Avropa İnvestisiya Bankı (EIB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə danışıqlar aparılır.

Məlumatda deyilir ki, TANAP-ın 2018-ci ilin iyununda təhvil verilməsi nəzərdə tutulub. S.Düzyol layihənin 11,7 mlrd. ABŞ dolları civarında dəyərləndirildiyini və dünya iqtisasdiyyatında baş verən son proseslərə görə, 25%-ə qədər azaldığını deyib: "TANAP SGC-nin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) və Cənubi Qafqaz Boru Kəmərinin (SGP) genişləndirilməsindən daha əhəmiyyətlidir”.

TANAP rəsmisinin sözlərinə görə, Türkiyə və Avropa ölkələri bu kəmərlə həm Azərbaycan, həm də Türkmənistan qazını ala bilər: "Bu kəmər vasitəsi ilə həmçinin Yaxın Şərq ölkələrinin (İraq, Qətər, Suriya, Livan) qazını da nəql etmək mümkündür”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol