• $
  • €
  • ₽
  • ₺
  • £

Özəlləşdirmə ilə bağlı hərracın nəticələri açıqlandı

Özəlləşdirmə ilə bağlı hərracın nəticələri açıqlandı
11.10.2016 19:50
Bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. 

Oxu.Az-a komitədən verilən məlumata görə, açıq hərracda səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, kiçik dövlət müəssisə və obyektlərin satışı həyata keçirilib.

Hərracın nəticəsində 35 dövlət əmlakı özəlləşdirilib və beləliklə, özəlləşdirmədən dövlət büdcəsinə 1 milyon manatdan çox gəlir gələcək. Hərracda Sumqayıtda yerləşən emalatxana, Nəsimi rayonundakı beş mərtəbəli binanın 16,5 kv.m-lik zirzəmisi, eyni binanın 24,8 kv.m-lik zirzəmisi, Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 37,8 kv.m-lik zirzəmisi hərrac vasitəsilə əldə olundu. 

Bundan başqa, hərracda iki səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30% hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Daha iki satılan səhmdar cəmiyyətləri - "Saxsı qablar” ASC və "Beyləqan dəmir beton” ASC-dir. Özəlləşdirilmədən sonra qoyulacaq investisiya sayəsində onların fəaliyyətinin müasir tələblər əsasında bərpası mümkün olacaq. 

Özəlləşdirilən kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə Azərbaycanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir. Kiçik dövlət əmlakları ticarət, ictimai iaşə, xidmət və digər sahələrə aid olub. 

Növbəti hərrac oktyabrın 25-də keçiriləcək və 84 dövlət əmlakı satışa çıxarılacaq.

Xatırladaq ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Bundan sonra iştirakçı statusu qazanan vətəndaş hərracda qalib olaraq əmlak sahibi ola bilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol