Bağlanan banklardan biri BOKT-a çevrilir

Azərbaycanda daha bir bank BOKT-a çevrilir. Söhbət lisenziyası ləğv edilən "Parabank”dan gedir.
Bu barədə Fins.az-a bank dairələrindən bildirilib.
Bankdan bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib. Palata bunun üçün bankdan öhdəliklərini tam yerinə yetirməyi tələb edib.
Mənbədən bildirilib ki, "Parabank”ın dekabr ayının sonuna kimi depozitlərlə bağlı və digər öhdəliklərini yekunlaşdıracağı gözlənilir. Daha sonra bankın BOKT-a çevrilməsi baş tutacaq. Bunun üçün 10 milyon manat həcmində istiqraz emissiyası da həyata keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























