• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Londona müntəzəm reyslərin sayını artırır

AZAL Londona müntəzəm reyslərin sayını artırır
11.10.2016 17:39
"Azərbaycan Hava Yolları" QSC (AZAL) qış cədvəlinin qüvvəyə minməsi ilə əlaqədar Bakıdan Londona müntəzəm reyslərin sayını artırır. Hazırda aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanından Britaniya paytaxtının əsas hava limanı - Hitrou aeroportuna həftədə beş reys həyata keçirir. Oktyabrın 30-dan başlayaraq uçuşlar hər gün həyata keçiriləcək.

Şənbə günləri Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 18:25-də, Hitrou Beynəlxalq Hava Limanına çatma isə yerli vaxtla saat 20:25-də olacaq. Londondan uçuş yerli vaxtla saat 21:50-də, Bakıya gəlmə isə Bakı vaxtı ilə saat 07:20-də olacaq. Qalan bütün günlər üzrə Bakıdan uçuş saatı 19:05-də, Londona gəlmə saat 21:05-də, Londondan uçuş saatı 22:05-də, Bakıya gəlmə isə saat 07:35-də olacaq.

Qeyd edək ki, Londona reyslər üç sinifli – ekonom, Comfort-klub və VIP-klub – salonlarla təchiz edilmiş müasir "Boeing-787 Dreamliner” təyyarəsində həyata keçirilir.

Biletləri AZAL-ın kassalarında almaq və şirkətin www.azal.az saytında bron etməklə əldə etmək olar. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür. Proqram barəsində informasiyanı https://www.azal.az/az/azal-miles/miles-programme istinadı üzrə əldə etmək olar.

Hələ də proqramın iştirakçısı olmayanlar üçün http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az istinadı üzrə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlətin əldə edilməsi məsələləri üzrə və ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrəsinə müraciət etmək lazımdır:

(+99412) 598-88-80;

*8880.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol