Daha bir sığorta şirkəti bağlandı

"Beynəlxalq Sığorta” şirkətinin bağlanması ilə bağlı qərar rəsmiləşib.
ANN.Az Fins.Az-a istinadən xəbər verir ki, şirkətin portfeli "Qala Sığorta” şirkətinə ötürüləcək.
"Beynəlxalq Sığorta” şirkəti isə məsələyə münasibət bildirməkdən imtina edib. Şirkət, həmçinin yanvar-sentyabr ayları üçün nəzərdə tutulmuş ümumi portfelin həcmini də açıqlamayıb.
Bununla belə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı bu ilin 8 aylıq hesabatına əsasən, sığorta şirkətinin ümumi yığımları 56,9% azalaraq 3,786 milyon manat olub. Ödənişlərinin ümumi həcmi isə 21,9% azalaraq 2,290 milyon manat təşkil edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























