• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi

Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12.10.2016 15:26
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçiləri üçün dəqiqəsi 2 dəfə ucuz qiymətə istənilən istiqamətdə beynəlxalq zənglər etməyə imkan verən yeni kampaniyaya start verdiyini elan edir.

Yeni kampaniyanın şərtlərinə görə, indi Bakcell abunəçiləri həftəsonu, bayram, qeyri-iş günləri və qeyri-pik saatlarında (00:00-dan – 08:00-dək) başqa ölkələrə etdikləri beynəlxalq zənglərin hər dəqiqəsinə görə cəmi 0.16 AZN ödəyəcəklər. Pik saatlarında beynəlxalq zənglərin qiyməti isə 1 dəqiqəsi 0.32 AZN hesabı ilə dəyişməz olaraq qalır.

Bu yeni tarif planını təqdim etməklə, Bakcell bazarda olduqca sərfəli və müsbət beynəlxalq rabitə təcrübəsini təklif edir.

"Bu yeni təklifi ilə Bakcell öz abunəçilərinin dünyanın müxtəlif guşələrində yaşayan dostları və ailə üzvləri ilə əlaqə yarada bilməsini daha da asanlaşdırır. İnanırıq ki, qiymətin endirilməsi insanların təyinat ölkəsindən asılı olmayaraq daha tez-tez beynəlxalq zənglər etməsi və istədikləri qədər danışması üçün daha bir əsas yaradacaq”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

Bakcell öz abunəçiləri üçün sərfəli tariflər təklif etməkdə davam edəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol