Bakı-Tbilisi-Qars layihəsi nə vaxt başa çatacaq?

Ankara Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə hissəsinin tikintisinin başa çatdırılmasında qərarlıdı. Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Arslan deyib ki, BTQ dəmiryolunun Türkiyə hissəsinin tikintisi son mərhələdədir.
"Bu layihə qısa müddətdə başa çatmalıdır. Bu dəmir yolu vasitəsilə birbaşa Çindən Avropaya əlaqə qurulacaq", - nazir deyib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası razılaşması əsasında inşa edilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























