Azərbaycanda sərnişindaşıma pozuntusuna görə YENİ CƏRİMƏ

Azərbaycanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə cərimə ediləcək.
"Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək.
Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına 20 manat cərimə tətbiq ediləcək.
Layihə səsə qoyularaq qəbul edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























