• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistan Azərbaycana yeni ixrac marşrutları təklif edir

Pakistan Azərbaycana yeni ixrac marşrutları təklif edir
15.10.2016 15:33
Pakistanın Ticarət Palatası və Sənaye Federasiyası (FPCCI) tərkibindəki Bağbanlıq Daimi Komitəsi Azərbaycanla ticarət və investisiyanın artırılması üçün birgə Ticarət Palatası və sənayenin yaradılmasını təklif edir.

"Report” Pakistanın "The Express Tribune” nəşrinə istinadən xəbər verir ki, bu barədə bəyanatı Komitə yayıb.

Komitənin sədri Əhməd Cavad bildirib ki, Mərkəzi Asiya ölkələrini birləşdirən "İpək yolu” əsas marşrutdur. O qeyd edib ki, Pakistanın geostrateji mövqeyi nəzərə alınaraq Azərbaycan öz məhsullarını Qvadar və Kəraçinin digər limanları vasitəsilə Regional Əməkdaşlıq üzrə Cənubi Asiya Assosiasiyası (SAARC), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrə ixrac edə bilər.

Digər tərəfdən isə o vurğulayıb ki, Pakistan manqo, xurma, meyvə kimi kənd təsərrüfatı məhsullarını və idman avadanlıqlarını Azərbaycana ixrac edə bilər.

Ə.Cavad bildirib ki, Pakistanın basmati düyüsünə Azərbaycanda böyük tələbat var, eyni zamanda iki ölkənin əczaçılıq və cərrahi avadanlıqların istehsalı üçün birgə müəssisə yaratmaq potensialı var.

Onun sözlərinə görə, iki ölkə arasındakı illik ticarətin həcmi son beş ildə 17-25 mln.dollar arasında olub: "Pakistan-Azərbaycan arasında birgə Nazirlər Komissiyasının yaradılmasına və 30-dan çox anlaşma memorandumun imzalanmasına baxmayaraq ticarət əlaqələrində böyük inkişaf olmayıb”.

O, həmçinin qeyd edib ki, Azərbaycan külək, günəş və su elektrik stansiyası kimi böyük bərpa olunan enerji imkalarına malikdir və enerji sektorunda Pakistana kömək edə bilər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol