• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan banklarında nağd dolların satış qiyməti artıb

Azərbaycan banklarında nağd dolların satış qiyməti artıb
17.10.2016 15:30
Azərbaycanın kommersiya banklarında son günlər nağd ABŞ dollarının satış məzənnəsi artıb.
 
"Report"un müşahidə qrupu xəbər verir ki, keçən həftə 1,5980 AZN-ə satılan dollar manatın rəsmi məzənnəsinin möhkəmlənməyə davam etməsinə baxmayaraq hazırda 1,6060-1,6150 AZN/USD diapazonunda satılır. Dolları ən ucuz satan bank "Kapital Bank" ASC-dir. Bu bank dolları 1,6060 AZN-ə satır.
 
Digər kommersiya banklarında isə dollar 1,61 AZN və ya daha baha satılır.

"Report"un analitik qrupu hesab edir ki, Azərbaycan banklarının dolların satış məzənnəsini artırmasına səbəb dolların beynəlxalq valyuta bazarında məzənnəsinin demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə möhkəmlənməsi ilə bağlıdır. Məhz bu amil daxili bazarda dollara tələbi bir qədər artırıb. Analitik qrup ABŞ-da uçot dərəcəsinin artırılması ehtimallarının güclənməsi fonunda dolların məzənnəsinin dünya maliyyə bazarında möhkəmlənəcəyini və Azərbaycanın valyuta bazarına da bu prosesin adekvat şəkildə təsir edəcəyini düşünür. 

"İlin sonuna qədər əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin paritetə kimi geriləməsi Azərbaycanda dolların məzənnəsinin 1,70 manata qədər artmasına səbəb ola bilər. Təbii ki, bu proqnoz neft qiymətlərinin 45 dollar/bareldən aşağı düşməyəcəyi təqdirdə realdır. Neftin qiyməti bu həddən aşağı enərsə dolların məzənnəsi 1,85 AZN/USD-yə qədər arta bilər", - deyə analitiklər qeyd ediblər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol