• $
  • €
  • ₽
  • ₺
  • £

“TechFall 2016 Hackathon” layihəsinə qeydiyyat başlandı

“TechFall 2016 Hackathon” layihəsinə qeydiyyat başlandı
18.10.2016 17:17
Kim yatmış, kim oyaq?

"Azercell Telekom” MMC və "PAŞA Bank”ın dəstəyi, "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və "WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "TechFall 2016 Hackathon” layihəsinə başlanılır. Hachathon — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. "Hackathon”da proqramçılar müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər. "Hackhaton”lar mütəmadi olaraq dünyanın bir çox yerində, adətən "Google”, "Netflix”, "Facebook”, "HP” və "Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.

"TechFall 2016 Hackathon” layihəsində də developerlər 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlayıb münsiflər heyətinə təqdim etməlidirlər. Bu layihədə yaşı 18-dən yuxarı 3 nəfərdən ibarət komanda şəkilində hər kəs iştirak edə bilər. Layihədə iştirak etmək istəyənlər 31 oktyabr tarixinə qədər http://techfall.barama.az/qeydiyyat/ linkinə daxil olub qeydiyyatdan keçməlidilər. Seçimlərdən sonra 15 komanda layihədə öz işini davam etdirmək şansı qazanır.

5-6 noyabr tarixlərində keçiriləcək final mərhələsində isə komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində 36 saat ərzində tətbiq hazırlayacaqlar. Təqdim olunan tətbiq ilk öncə texniki münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 9 noyabr tarixində keçiriləcək təqdimat mərasimində isə komandalar öz tətbiqlərini peşəkar münsiflər qarşısında təqdim edəcəklər. "TechFall 2016 Hackathon” yarışmasında ilk yerin qalibinə Azercell və "PAŞA Bank”dan dəyərli hədiyyələr, 2-ci yerin sahiblərinə "Step IT” akademiyasından IT kurslarda 1 aylıq iştirak kuponu, 3-cü yerin sahibinə isə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim ediləcək.

Onu da bildirək ki, layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi tərəfindən ödəniləcək. Tədbirin Media dəstəyi isə technote.az tərəfindən təmin ediləcək.

Qeyd edək ki,"TechFall 2016 Hackathon” layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir.

Xatırladaq ki, Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 7 il ərzində mərkəz bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol