Azərbaycana avtomobillərin idxalı qaydası dəyişdi

Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişikliklər edib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən qısa idxal bəyannaməsinin verildiyi halların sayı artırılıb.
Bundan sonra malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə qısa idxal bəyannaməsi veriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























