Neftin son qiymətləri

Dünya bazarında neft bahalaşıb.
ANN.Az APA -Economics-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar artaraq 50,74 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar artaraq 52,12 dollar olub.
Analitiklər hesab edir ki, neft bahalaşsa da, bu tendensiya bu gün ərzində dəyişə bilər.
Neftin bahalaşmasına ötən həftə ABŞ-da "qara qızıl” defisitinin yaranmasıdır. ABŞ-ın Neft İnstitutunun yaydığı məlumata görə, qeyd edilən müddətdə tələb təklifi 3,8 mln. barel üstələyib və kommersiya ehtiyatları bu qədər azalıb. Analitiklər isə kommersiya ehtiyatlarının 2,1 mln. barel artmasını proqnozlaşdırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























