Xınalıq yolunda uçqun: Qaya parçası yola düşdü

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb. "Azəravtoyol” ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.
Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























