• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən dərman idxalçılarına XƏBƏRDARLIQ

Nazirlikdən dərman idxalçılarına XƏBƏRDARLIQ
19.10.2016 15:59
Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.
 
APA-nın xəbərinə görə, xəbərdarlıqda bildirilib ki, Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli qərarı ilə təsdiqlənmiş "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” qaydalarına əsasən dərman vasitəsinin qeydiyyat vəsiqəsi 5 il müddətinə qüvvədə qalır.

"Farmakopeya qaydalarına əsasən steril dərman vasitələrinin laborator sınağı 15 gün ərzində həyata keçirilir. Həftənin şənbə və bazar günləri Analitik Ekspertiza Mərkəzinin iş günü olmaması, bəzi hallarda istirahət, bayram və digər qeyri-iş günlərinin həftə içi günlərə təsadüf etməsi nəticəsində dərman vasitəsinin sənədlərinin ekspertizası və nümunələrinin laborator sınaqlarının aparılmasına qədər qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsi hallarına rast gəlinir. Bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsinə 30 təqvim günündən az qaldığı təqdirdə ölkəyə idxal olunması məqsədəmüvafiq hesab edilmir”, - deyə xəbərdarlıqda qeyd olunub. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol