• $
  • €
  • ₽
  • ₺
  • £

Bələdiyyələrin büdcəsi azalacaq - EKSPERT

Bələdiyyələrin büdcəsi azalacaq - EKSPERT
24.10.2016 23:54
Bələdiyyələrin maliyyə potensialı bir qədər də məhdudlaşdırılacaq.
 
Fins.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev fikirlərini bölüşüb:

Prezidentin 6 may 2016-cı il tarixdə imzaladığı 227-VQD saylı Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliklə 2017-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin torpaq vergisinin bir hissəsi dövlət büdcəsinə köçürüləcək. Məcəlləyə edilmiş dəyişiklik nəticəsində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi (müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları istisna olmaqla) torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 1 manat müəyyən edilir və bu vəsait dövlət büdcəsinə köçürüləcək.

Təyinatı üzrə istifadə edilən və obyektiv səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi isə 1 şərti bal üçün 0,06 manat saxlanılıb. Belə torpaqlardan tutulan vergilər bələdiyyə büdcəsinə köçürüləcək.

Bu vaxta qədər fiziki şəxslərdən tutulan torpaq vergisi istisnasız olaraq yerli büdcələrə, yəni bələdiyyələrin büdcələrinə ödənilirdi. Dövlət büdcəsinə isə ancaq hüquqi şəxslərin torpaq vergisi ödənilib.

Bu dəyişiklik Azərbaycanda yerli özünüidarə qurumlarının zəif maliyyə potensialını bir qədər də məhdudlaşdırmağa imkan yaradır. Məlumat üçün bildirim ki, 2015-ci ildə ölkədə fəaliyyət göstərən 1600-dan çox bələdiyyədən ümumilikdə 5,3 milyon manatlıq torpaq vergisi yığılıb. Torpaq vergisi üzrə daxilolmalar yerli 17%-ni təşkil edir.

Bələdiyyələrin maliyyə potensialının məhdudlaşdırılması Azərbaycanın da qoşulduğu Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının tələblərinə ziddir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 2012-ci ildə hazırladığı 326 saylı Tövsiyədə bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinin vacibliyi qeyd etmişdi.

Xatırladım ki, 2006-cı ildə də yerli vergi olan nəqliyyat vasitələrindən əmlak vergisi Yol vergisinə çevrilərək dövlət büdcəsinə köçürülmüşdü.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol